Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçirilən “Sumqayıt”-“Qarabağ” oyunu başa çatdı. Gərgin keçən oyun “Qarabağ”ın 2:4 üstünlüyü ilə başa çatdı
xxxx
Oyunun 90+3-cü dəqiqəsində Aleksey Kaşuk “Qarabağ”ın dördüncü topuna imza atdı-“Sumqayıt”-“Qarabağ”-2:4
xxxx
Oyunun 83-cü dəqiqəsində Nsana Simon “Sumqayıt”ın ikinci topuna imza atdı-“Sumqayıt”-“Qarabağ”-2:3
xxxx
Oyunun 63-cü dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın üçüncü topuna imza atdı-“Sumqayıt”-“Qarabağ”-1:3
xxx
Oyunun 59-cu dəqiqəsində “Sumqayıt” azlıqda qaldı. Komandanın heyətində Rayan Senhadji ikinci sarı vərəqəni alaraq meydandan qovuldu-“Sumqayıt”-“Qarabağ”-1:2
xxxx
“Sumqayıt”-“Qarabağ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissə “Qarabağ”ın 1:2 üstünlüyü ilə başa çatıb
xxx
Oyunun 42-ci dəqiqəsində Toral Bayramov “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Sumqayıt”-“Qarabağ”-1:2
xxx
Oyunun 30-cu dəqiqəsində Höcət Haqverdi “Sumqayıt”ın bərabərlik topuna imza atdı-“Sumqayıt”-“Qarabağ”-1:1
xxxx
Bu gün futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla əlaqdar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında XII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edir. “Kimyaçılar” bu oyunda çətin səfər ərəfəsində olan “Qarabağ”a ən azından məğlub olmamaq haqqında düşünür. “Köhlən atlar” isə çətin səfər ərəfəsində çox güc işlətmədən qələbə qazanmaq haqqında düşünür. Hakim Fərid Hacıyevin idarə etdiyi qarşılaşmada artıq oyun 6-cı dəqiqəsində “Qarabağ” Leandra Andradenin qolu ilə hesabı açdı-“Sumqayıt”-“Qarabağ”-0:1.
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “Araz-Naxçıvan” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu matça qələbə üçün çıxacaq. “Boz qurd”da matçda üç xal qazanaraq mövqeyini qorumağa çalışacaq.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stdadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Mavi qartallar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “Qəbələ” isə ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun digər görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Şamaxı”nı qəbul edəcək. “Bayquşlar” bu oyunda üç xal qazanmağa çalışacaq. “Şamaxı” isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonuncu oyununda “Neftçi” Palms Sports Arena”da “İmişli”ni qəbul edəcək. “Ağ-qaralar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “İmişli” isə mövsümdə ikinci dəfə “Neftçi”dən alamağa çalışacaq.
Bu gün bir qarşılaşma baş tutub.
Bu görüşdən əvvəl “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 14-cü dəqiqəsində “Kəpəz” Luis Paçunun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Kəpəz”-0:1.Oyunun 31-ci dəqiqəsində Araz Abdullayev “Karvan-Yevlax”ın bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:1. Oyunun ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:1.Oyunun 76-cı dəqiqəsində Rauf Hüseynli penaltidən “Kəpəz”in ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Kəpəz”-1:2. Bu oyunda vurulan son qol oldu və “Kəpəz” matçdan 1:2 qalib ayrıldı.
