Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Bursada baş verib.
Qəzada 4 servis mikroavtobus və bir minik avtomobili iştirak edib. Hadisə zamanı 1 nəfər ölüb. Qəza zamanı 13 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
