Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “NTV Haber”ə istinadən xəbər verir ki, qəza Diyarbakırda baş verib.
Qəza zamanı yük maşını 2 yaşlı uşağı vurub. Hadisə zamanı uşaq yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
