Cümə günü futbol üzrə Azərbaycan milli komandasının 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla əlaqdar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında XII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün və turun sonuncu oyununda “Neftçi” Palms Sports Arena”da “İmişli”ni qəbul edəcək. “Ağ-qaralar” bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq. “İmişli” isə mövsümdə ikinci dəfə “Neftçi”dən alamağa çalışacaq. Hakim Cavid Cəlilovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:
“Neftçi”nin start heyəti:
13. Kenan Piriç(GK)
8. Emin Mahmudov (C)
15. Elvin Bədəlov
45. Vensan Abubakar
77. Falaye Sako
24. Mustafa Sek
5. İqor Ribeyro
18. İfeanyi Metyu
11. İmad Faraj
10. Freddi Varqas
23. Cordan Rezabala
“Neftçi”nin ehtiyat oyunçuları:
1. Emil Balayev(GK)
93. Rza Cəfərov(GK)
19. Ağadadaş Salyanski
47. Murad Məmmədov
22. Luis Ortis
17. Murad Xaçayev
9. Bassala Sambu
7. Emil Səfərov
6. Sessi Dalmeyda
27. Kristian Kostin
“Neftçi”nin baş məşqçisi:Mübariz Orucov
“İmişli”nin start heyəti:
33. Andrey Sinenka(GK)
19. Azər Salahlı (C)
94. Rafael Vieqaş
10. Nikola Karaklaiç
29. Edvin Banquera
14. Ronaldo de Souza
6. Yau Moses
9. Dioqo Almeyda
23. Dioqo Rollo
17. Ezekiel Morqan
7. Luis Silvestr
“İmişli”nin ehtiyat oyunçuları:
1. Hüseynəli Quliyev(GK)
99. İmam Əli(GK)
5. İdris İnqilablı
44. Həzrət İsayev
22. İbrahim Əliyev
77. Elmir Rəhimzadə
21. Abbas Ağazadə
97. Xəzər Mahmudov
70. Mehdi Tahirov
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
“İmişli”nin baş məşqçisi:Jorj Kaşkilya
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XII turuna Cümə günü start verilib. Açılış günündə iki qarşılaşma baş verib.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib. Artıq oyunun 14-cü dəqiqəsində “Kəpəz” Luis Paçunun qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Kəpəz”-0:1.Oyunun 31-ci dəqiqəsində Araz Abdullayev “Karvan-Yevlax”ın bərabərlik topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:1. Oyunun ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:1.Oyunun 76-cı dəqiqəsində Rauf Hüseynli penaltidən “Kəpəz”in ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Karvan-Yevlax”-“Kəpəz”-1:2. Bu oyunda vurulan son qol oldu və “Kəpəz” matçdan 1:2 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edib.Artıq oyun 6-cı dəqiqəsində “Qarabağ” Leandra Andradenin qolu ilə hesabı açıb-“Sumqayıt”-“Qarabağ”-0:1. Oyunun 30-cu dəqiqəsində Höcət Haqverdi “Sumqayıt”ın bərabərlik topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-1:1. Oyunun 42-ci dəqiqəsində Toral Bayramov “Qarabağ”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Sumqayıt”-“Qarabağ”-1:2. İlk hissə “Qarabağ”ın 1:2 üstünüüyü ilə başa çatıb. Oyunun 59-cu dəqiqəsində “Sumqayıt” azlıqda qaldı. Komandanın heyətində Rayan Senhadji ikinci sarı vərəqəni alaraq meydandan qovulub-“Sumqayıt”-“Qarabağ”-1:2. Oyunun 63-cü dəqiqəsində Abdullah Zubir “Qarabağ”ın üçüncü topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-1:3. Oyunun 83-cü dəqiqəsində Nsana Simon “Sumqayıt”ın ikinci topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-2:3. Oyunun 90+3-cü dəqiqəsində Aleksey Kaşuk “Qarabağ”ın dördüncü topuna imza atıb-“Sumqayıt”-“Qarabağ”-2:4. Bu oyunda vurulan son qol olub və “Qarabağ” matçdan 2:4 qalib ayrılıb.
Dünən isə iki qarşılşama baş tutub.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Artıq oyunun 21-ci dəqiqəsində “Araz-Naxçıvan” Ba-Muaka Simakalanın qolu ilə hesabı açıb-“Araz-Naxçıvan”-“Turan Tovuz”-1:0. Görüşün ilk hissəsi “Araz-Naxçıvan”ın 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 78-ci dəqiqəsində Ayxan Hüseynov “Turan Tovuz”un bərabərlik topuna imza atıb-“Araz-Naxçıvan”-“Turan Tovuz”-1:1. Bu oyunda vurulan son qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane oldular-“Araz-Naxçıvan”-“Turan Tovuz”.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə” “Zirə İdman Kompleksinin Stdadionu”nda “Qəbələ”ni qəbul edib. Artıq oyunun 45+3-cü dəqiqəsində “Zirə” Ruan Renatonun penaltidən qolu ilə hesabı açıb-“Zirə”-“Qəbələ”-1:0. İlk hissə “Zirə”nin 1:0 üstünlüyü ilə başa çatıb. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Zirə”-“Qəbələ”-1:0.
