Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Sakaryada baş verib.
Qəza zamanı yük maşını işıq dirəyinə çırpılaraq aşıb. Hadisə zamanı sürücü yaralanıb. Yaralı sürücü xəstəxanaya yerləşdirilib. Məhələni qəzadan sonra qaranlıq bürüyüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
