İstanbul bələdiyyəsində korrupsiya işi ilə bağlı ittihamnamə məhkəmə tərəfindən qəbul edilib.
İttiham digər şəxslərlə yanaşı, İstanbulun sabiq meri Ekrem İmamoğlunu da əhatə edir.
Məhkəmə ümumilikdə 402 nəfər şübhəli, o cümlədən 105 nəfər həbsdə olan şəxs haqqında ittihamnaməni təsdiqləyib.
Sənəddə qeyd olunur ki, Ekrem İmamoğlu barəsində 828 il 2 aydan 2352 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunur.
İttihamnamədə İmamoğlu və digər şübhəlilərin bələdiyyə fəaliyyətlərində korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz maliyyə əməliyyatları kimi müxtəlif maddələr üzrə məsuliyyətə cəlb edildiyi bildirilir.
İş üzrə məhkəmə prosesinin yaxın günlərdə başlanacağı gözlənilir.
//milli.az
