Ukrayna Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinə kütləvi dron hücumu edib.
Məlumata görə, şəhərdə onlarla partlayış baş verib və yanğınlar başlayıb.
Həmçinin təyyarə zavoduna zərbə dəydiyi və “A-60” təyyarəsinin məhv edildiyi bildirilib. Yerli sakinlər hücum olunan ərazidə təyyarənin yandığını bildiriblər və bunun “A-60” ola biləcəyi deyilir.
Eyni zamanda, Taqanroqdakı anqarın da yandığı bildirilir. İlkin məlumatlara görə, həmin vaxt anqarda üzərində modernləşdirilmə işləri aparılan “Tu-95MS” strateji bombardmançı təyyarəsi olmuş ola bilər.
Həmçinin Taqanroqda hava limanının dispetçer qülləsinin vurulduğu da ehtimal edilir.
.jpg)

//milli.az
