Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “habertürk”ə istinadən xəbər verir ki, qəza Erzurumda baş verib.
Qəza zamanı minik avtomobili heyvan dolu yük maşını ilə toqquşub. Hadisə zamanı 1 nəfər ölüb. Qəza 2 nəfərin yaralanmasına səbəb olub.
Qəza zamanı yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
