Domnikan Respublikası ABŞ-ın ölkənin hava bazalarından istifadəsinə icazə verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, ABŞ bu bazalardan narkotiklərə qarşı mübarizə çərçivəsində istifadə edə biləcək.
Bu barədə məlumatı ölkə başçısı Luiz Abinader bildirib. O bildirib ki, ABŞ qüvvələrin Domnikan Respublikasında olan “San İsidro” və “Las Amerikas” hava bazalarından istifadə edəcə biləcək. Ölkə başçısı bildirib ki, bu icazə ölkənin beynəlxalq cinayətkar dəstələrlə mübarizəsi çərçivəsində görülən fəaliyyətin tərkib hissəsidir.
//Nəzər.Media
