Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Şamaxı”-“Sumqayıt” oyunu başa çatdı. Gərgin keçən oyun 1:2 “Sumqayıt”ın xeyrinə başa çatdı.
xxxxx
90+1-ci Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Şamaxı”-“Sumqayıt”-1:2
xxxx
Oyunun 88-ci dəqiqəsində Aleksa Yankoviç “Sumqayıt”ın bərabərlik topuna imza atdı-“Şamaxı”-“Sumqayıt”-1:1
xxxx
Oyunun 70-ci dəqiqəsində “Şamaxı” Karim Rossinin qolu ilə hesabı açdı-“Şamaxı”-“Sumqayıt”-1:0
xxxx
Cümə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Bu gün ilk olaraq ilk olaraq “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edir. “Şamaxı” bu oyunda növbəti üç xalını qazanmağa çalışır. “Kimyaçılar”da bu oyuna üç xal üçün çıxıb. Hakim Tural Qurbanovun idarə etdiyi qarşılaşmada artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənən bilməyib-“Şamaxı”-“Sumqayıt”-0:0
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün və turun sonuncu oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında fikirləşəcək. Muxtar Respublika təmsilçisi isə bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq.
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turuna Cümə günü start verilib. PFL açılış gününə iki qarşılaşma təyin edib.
Günün ilk oyununda “Kəpəz” “Yevlax şəhər stadionu”nda “Zirə”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Kəpəz”-“Zirə”-0:0. Oyunun 62-ci dəqiqəsində “Zirə” Leroy Mikelsin qolu ilə hesabı açıb-“Kəpəz”-“Zirə”-0:1. Oyunun 84-cü dəqiqəsində İssa Cibrila “Zirə”nin ikinci topuna imza atıb-“Kəpəz”-“Zirə”-0:2. Bu oyunda vurulan son qol olub və “Zirə” matçdan 0:2 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Turan Tovuz”-“Neftçi”-0:0. Oyunun ikinci hissəsi də qolsuz bərabərliklə bitib və beləcə görüş başladığı hesabla bitib-“Turan Tovuz”-“Neftçi”-0:0.
Dünən iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia İdman Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitti-“İmişli”-“Sabah”-0:0. Oyunun 54-cü dəqiqəsində “Sabah” Amin Seydiyevin qolu ilə hesabı açıb-“İmişli”-“Sabah”-0:1. Oyunun 60-cı dəqiqəsində Stiv Solvet “Sabah”ın ikinci topuna imza atıb-“İmişli”-“Sabah”-0:2. Oyunun 90+3-cü dəqiqəsində Kahim Parris “Sabah”ın üçüncü topuna imza atıb-“İmişli”-“Sabah”-0:3.Bu oyunda vurulan son qol oldu və “Sabah” üç xalı üç cavabsız qolla qazandı-“İmişli”-“Sabah”-0:3.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Karvan-Yevlax”ı qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Qarabağ”-“Karvan-Yevlax”-0:0. Oyunun 79-cu dəqiqəsində “Qaraba” Emmanuel Addainin qolu ilə hesabı açıb-“Qarabağ”-“Karvan-Yevlax”-1:0. Oyunun 89-cu dəqiqəsində Nəriman Axundzadə “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Karvan-Yevlax”-2:0. Bu oyunda vurulan son qol oldu və “Qarabağ” matçdan 2:0 qalib ayrıldı.
