Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Antaliyada baş verib.
Qəza zamanı sürücülük vəsiqəsi olmayan şəxs əvvəl avtomobili motosikletə sonra isə avtobusa çırpıb. Hadisə zamanı 1 nəfər yaralanıb. Yaralı şəxs xəstəxanaya yerləşdirilib. Qəzaya səbəb olan sürücü polis tərəfindən saxlanılıb. Ona maddi cərimə tədbiq edilib və hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
