ABŞ-a məxsus “F-16” təyyarəsi qəzaya uğrayıb. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Kaliforniya ştatında baş verib.
Təyyarə San Bernardino bölgəsinə düşüb. Təyyarənin pilotu təyyarədən çıxa bilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
