Türkiyədə partlayış hadisəsi baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Hadisə zamanı 6 mərtəbəli bina partlayıb. Partlayışdan dərhal sonra yanğın baş verib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Hadisənin təbii qaz sızmasından ehtimal olunur. Hadisə ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
