Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Çanakkalada baş verib.
Qəza zamanı minik avtomobili və taksi fəaliyyəti ilə məşğul olan avtomobil toqquşub. Zərbənin nəticəsində minik avtomobili aşıb. Qəza 8 nəfərin yaralanmasına səbəb olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
