Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Adanada baş verib.
Qəza zamanı 14 yaşlı şəxsin idarə etdiyi avtomobil konteynerə daha sonra isə yük maşınına çırpılıb. Hadisə zamanı minik avtomobilinin 14 yaşlı sürücüsü ölüb. Avtomobildə olan 15 yaşlı şəxs yaralanıb. O dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
