Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura star veriləcək. PFL bu günə bir qarşılaşma təyin edib.
Turun açılış və günün yeganə qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edəcək. “Mavi qartallar” UEFA Çempionlar Liqasının oyununa hazırlaşan “Qarabağ”dan doğma publika önündə xal almağa çalışacaq. “Qarabağ” “Ayaks”la matç öncəsi bu oyundən növbəti üç xalını qazanmağa çalışacaq. Hakim Rauf Cabarovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“Zirə”nin statr heyəti:
97. Tiaqo Silva(GK)
32. Qismət Alıyev (C)
8. İsmayıl İbrahimli
4. Ruan Renato
25. Enrike Kustodio
10. Giorgi Papunaşvili
30. Rikardo Martins
20. İssa Cibrila
5. Ange Mutsinzi
11. Junior Martins
77. Yeqor Boqomolski
“Zirə”nin ehtiyat oyunçuları:
13. Aydın Bayramov(GK)
41. Anar Nəzirov(GK)
6. Eldar Quliyev
14. Elçin Əlicanov
28. Leroy Mikels
21. Hacıağa Hacılı
7. Rövlan Muradov
29. Ceyhun Nuriyev
16. Fuad Bayramov
48. Ramiz Muradov
33. Əkbər Eyubov
43. Əhliman Süleymanzadə
“Zirə”nin baş məşqçisi:Rəşad Sadıqov
“Qarabağ”ın start heyəti:
99. Mateus Koxalski(GK)
77. Ramil Şeydayev
13. Bəhlul Mustafazadə (k)
27. Toral Bayramov
81. Kevin Medina
2. Mateus Silva
9. Joni Montiel
15. Leandro Andrade
21. Aleksey Kaşuk
35. Pedro Bikalyo
17. Kamilo Duran
“Qarabağ”ın ehtiyat oyunçuları:
97. Fabian Buntiç(GK)
55. Bədavi Hüseynov
22. Musa Qurbanlı
11. Emmanuel Addai
8. Marko Yankoviç
7. Nəriman Axundzadə
44. Elvin Cəfərquliyev
10. Abdullah Zubir
32. Hikmət Cəbrayılzadə
3. Sami Mmae
18. Dani Bolt
6. Kris Kuaku
“Qarabağ”ın baş məşqçisi:Qurban Qurbanov
Qeyd edək ki, turun digər görüşləri Bazar günü, Bazar ertəsi günü və Çərşənbə axşamı günü keçiriləcək. Bazar günü bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. Yevlaxlılar bu oyunda ən azından bir xal qazanmağa çalışacaq. “Şamaxı” isə bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq.
Bazar ertəsi daha iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionun”da “Turan Tovuz”u qəbul edəcək. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Boz qurd” isə matçdan qələbə ilə ayrılmağı planlaşdırır.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arean”da “Neftçi”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.
Turun digər görüşləri Çərşənbə axşamı keçiriləcək. Çərşənbə axşamı günü iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu matçda növbəti üç xalını qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonuncu oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.
