Azərbaycan Premyerliqasının XIV turu çərçivəsində keçirılən “Zirə”-“Qarabağ” oyunu başa çatdı. Gərgin keçən ilk hissəni nəticəsi oyunun nəticəsi olub. Beləcə oyunda tərəflər hərəyə bir dəfə fərqlənərək bir xala qane oldular-“Zirə”-“Qarabağ”-1:1
xxxx
“Zirə”-“Qarabağ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra tərəflər hərəyə bir dəfə fərqlənib-“Zirə”-“Qarabağ”-1:1
xxxx
Oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Zirə”nin heyətində Enrike Kustodionun avtoqolu ilə hesabı bərabərləşdirdi-“Zirə”-“Qarabağ”-1:1
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura star verilib. PFL bu günə bir qarşılaşma təyin edib.
Turun açılış və günün yeganə qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edir. “Mavi qartallar” UEFA Çempionlar Liqasının oyununa hazırlaşan “Qarabağ”dan doğma publika önündə xal almağa çalışır. “Qarabağ” “Ayaks”la matç öncəsi bu oyundən növbəti üç xalını qazanmağa çalışır. Hakim Rauf Cabarovun idarə etdiyi qarşılaşmada artıq oyunun 31-ci dəqiqəsində “Zirə” İssa Cibrillanın qolu ilə hesabı açdı-“Zirə”-“Qarabağ”-1:0
Qeyd edək ki, turun digər görüşləri Bazar günü, Bazar ertəsi günü və Çərşənbə axşamı günü keçiriləcək. Bazar günü bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. Yevlaxlılar bu oyunda ən azından bir xal qazanmağa çalışacaq. “Şamaxı” isə bu oyunda növbəti qələbəsini qazanmağa çalışacaq.
Bazar ertəsi daha iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionun”da “Turan Tovuz”u qəbul edəcək. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Boz qurd” isə matçdan qələbə ilə ayrılmağı planlaşdırır.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arean”da “Neftçi”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.
Turun digər görüşləri Çərşənbə axşamı keçiriləcək. Çərşənbə axşamı günü iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu matçda növbəti üç xalını qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonuncu oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.
