• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Şamaxı" üç xalı üç cavabsız qolla qazandı-YENİLƏNİB-4

07 Dekabr, 25 / 15:56
A A
"Şamaxı" üç xalı üç cavabsız qolla qazandı-YENİLƏNİB-4

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən “Karvan-Yevlax”-“Şamaxı” oyunu başa çatdı. Gərgin keçən matç 0:3 “Şamaxı”nın xeyrinə başa çatdı.

xxxx

Oyunun 82-ci dəqiqəsində Dioqo Balau  “Şamaxı”nın üçüncü topuna imza atdı-“Karvan-Yevlax”-“Şamaxı”-0:3

xxxx

Oyunun 70-ci dəqiqəsində Karim Rossi “Şamaxı”nın ikinci topua imza atdı-“Karvan-Yevlax”-“Şamaxı”-0:2

xxxxx

Oyunun 59-cu dəqiqəsində “Şamaxı”  Oruc Məmmədovun qolu ilə hesabı açdı-“Karvan-Yevlax”-“Şamaxı”-0:1.

xxxx

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura star verilib. PFL bu günə bir qarşılaşma təyin edib.

Günün yeganə qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edir. Yevlaxlılar bu oyunda ən azından bir xal qazanmağa çalışır. “Şamaxı” isə bu oyunda növbəti qələbəsini qazanmağa çalışır. Hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşmasa artıq ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Karvan-Yevlax”-“Şamaxı”-0:0

Turun digər görüşləri Bazar ertəsi və Çərşənbə axşamı günü keçiriləcək. Bazar ertəsi daha iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionun”da “Turan Tovuz”u qəbul edəcək. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. “Boz qurd” isə matçdan qələbə ilə ayrılmağı planlaşdırır.

Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arean”da “Neftçi”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.

Turun digər görüşləri Çərşənbə axşamı keçiriləcək. Çərşənbə axşamı günü iki qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. Muxtar Respublika təmsilçisi bu matçda növbəti üç xalını qazanmağa çalışacaq. Nizami yurdunun təmsilçiləri isə bu oyunda ən azında məğlub olmamaq haqqında düşünəcək.

Günün və turun sonuncu oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasında dünən star verilib. Açılış günündə bir qarşılaşma baş tutub.

Turun açılış və günün yeganə qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Qarabağ”ı qəbul edib. Artıq oyunun 31-ci dəqiqəsində “Zirə” İssa Cibrillanın qolu ilə hesabı açıb-“Zirə”-“Qarabağ”-1:0. Oyunun 44-cü dəqiqəsində “Qarabağ” “Zirə”nin heyətində Enrike Kustodionun avtoqolu ilə hesabı bərabərləşdirib-“Zirə”-“Qarabağ”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“Zirə”-“Qarabağ”-1:1. Görüşün ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub. Beləcə tərəflər hərəyə bir qol vurmaqla bir xala qane olub-“Zirə”-“Qarabağ”-1:1

 

Previous Post

Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

Next Post

"Deyirlər ki, ərə getmisən, qısa GEYİNMƏ"

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.