• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İqtisadiyyat

Mənzil aldın, amma köçmək olmur – Tikinti şirkətləri niyə öhdəlikləri pozur?

08 Dekabr, 25 / 17:22
A A
Mənzil aldın, amma köçmək olmur – Tikinti şirkətləri niyə öhdəlikləri pozur?

Son vaxtlar yeni tikililərlə bağlı şikayətlərin sayında artım müşahidə olunur.

Bir çox vətəndaş uzun illərdir tikintisi davam edən binalardan böyük məbləğlər ödəyərək mənzil alsa da, nəticədə həmin evlərə köçmək mümkün olmur.

Şikayət edən sakinlərin sözlərinə görə, bəzi tikinti şirkətləri mənzilləri satmalarına baxmayaraq, nə tikinti işlərini vaxtında tamamlayır, nə də alıcıların hüquqlarını təmin edirlər:

“Ümumi 45 min manat ödəmişəm. Altı ildir kirayədə yaşayıram, hələ də binadan xəbər yoxdur”.

Sakinlər isə qeyd edib ki, bankdan böyük məbləğdə kredit götürərək ödəniş ediblər, lakin sonradan mənzilin bir neçə nəfərə satıldığını öyrəniblər.

Məsələ ilə bağlı tikinti üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikilməkdə olan mənzillərlə tam hazır vəziyyətdə olan mənzillərin qiyməti arasında təxminən 30-40 faiz fərq olur. Onun sözlərinə görə, çoxmənzilli yaşayış binalarının tikintisi adətən 2-3 il çəkir və bu müddətdə daşınmaz əmlak bazarındakı bahalaşma satış qiymətlərinə də təsir edir.

Ekspert həmçinin vurğulayıb ki, müqavilələrdə tikintinin başa çatdırılma tarixi göstərilsə də, şirkətlər öhdəliklərini yerinə yetirmədikdə vətəndaşlar illərlə gözləmək məcburiyyətində qalırlar.

Elnur Fərzəliyev alıcılara ciddi xəbərdarlıq edərək tövsiyə edib ki, mənzil almazdan əvvəl şirkət haqqında ətraflı araşdırma aparmaq, tikintinin sənədlərini yoxlamaq və alqı-satqını yalnız notarial qaydada rəsmiləşdirmək lazımdır.

Previous Post

Ermənistan-Azərbaycan sərhədində zəlzələ

Next Post

Qurumlar qışa necə hazırlaşır? - Açıqlama

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.