Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Zonquldakda baş verib.
Qəza zamanı yük maşını ilə minik avtomobili toqquşub. Zərbənin təsirindən avtomobil iki yerə bölünüb. Hadisə zamanı 1 nəfər ölüb. Qəza zamanı 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
