• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

“Bavariya”nın türk əfsanəsinin qızıdır - bu futbolçu ilə SEVGİLİDİR - FOTOlar

14 Dekabr, 25 / 13:18
A A
“Bavariya”nın türk əfsanəsinin qızıdır - bu futbolçu ilə SEVGİLİDİR - FOTOlar

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

“Bavariya” iyun ayında Tom Bişofun transferini rəsmiləşdirmişdi. Münhen təmsilçisi 20 yaşlı yarımmüdafiəçini müqaviləsinin bitməsinə bir ay qalmış “Hoffenhaym”dan 300 min avroya transfer edib ki, o, Klublararası Dünya Çempionatında iştirak edə bilsin. İndi isə gənc futbolçu artıq Vinsent Kompaninin komandasında gələcəyin əsas simalarından biri kimi göstərilir.

Milli.Az-ın xarici mediaya istinadən məlumatına görə, Bişofun “Bavariya”ya adaptasiya prosesi tədricən davam edir. Gənc oyunçunun şəxsi həyatı da Münhendə maraq doğurub – o, klub əfsanəsi Mehmet Şollun qızı Jozefina ilə münasibətə başlayıb.

Jozefina Şoll kimdir?

Jozefina, “Bavariya”nın tarixi uğurlarında böyük pay sahibi olmuş Mehmet Şollun qızıdır. 15 mövsüm Münhen klubunda çıxış edən Şoll, 469 matçda 117 qol vurub və səkkiz liqa çempionluğu, beş Almaniya Kuboku, Çempionlar Liqası, UEFA Kuboku və Qitələrarası Kubok daxil olmaqla bir çox titula sahib olub.

Mehmet Şoll 2007-ci ildə futbolçu karyerasını başa vurub və sonradan “Bavariya”nın gənclər komandasına məşqçilik edib. 2008-ci il mayın 8-də dünyaya gələn Jozefina isə hazırda cəmi 17 yaşındadır və Bişofdan üç yaş kiçikdir.

Cütlük Münhen küçələrində birlikdə görüntülənir

Gənclərin Münhen həyatına dair görüntülər sosial şəbəkələrdə yayılıb. Tom Bişofun şəhərə köçdüyü gündən bu yana onlar tez-tez bir yerdə görülür, yayılan fotolarda bir-birlərinə sevgi dolu jestlər etdikləri görünür.

Şoll ailəsində ikinci futbolçu

Jozefinanın qardaşı Lukas-Yulian Şoll da futbol karyerası qurmağa çalışıb. 1996-cı ildə – Mehmet Şollun Avropa Çempionu olduğu il – anadan olan Lukas uzun müddət “Bavariya”nın gənclər komandasında çıxış etsə də, atasının səviyyəsinə yüksələ bilməyib. O, hazırda Avstriyanın regional liqa klublarından “Vakker İnsbruk”da oynayır.

Tom Bişofun transferi ilə yanaşı şəxsi həyatı da Almaniyada böyük marağa səbəb olmağa davam edir.

Previous Post

İcma üzvü, Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbəri yəhudilərin Hanuka bayramını təbrik edib

Next Post

"Kəpəz" növbəti qələbəsini qazandı-YENİLƏNİB-3

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.