Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Kəpəz”-“Qəbələ” oyunu başa çatdı. Gərgin keçən matç 1:0 “Kəpəz”in xeyrinə başa çatdı.
xxxxx
Oyunun 54-cü dəqiqəsində “Kəpəz” Ryonosuke Ohorinin qolu ilə hesabı açdı-“Kəpəz”-“Qəbələ”-1:0
xxxx
“Qəbələ”-“Sabah” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-“Kəpəz”-“Qəbələ”-0:0
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ”ni qəbul edir. Nizami yurdunun təmsilçiləri bu oyunda növbəti qələbəsini qazanmağa çalışır. “Qəbələ”də matça üç xal üçün çıxıb. Hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada artıq oyunun 38-ci dəqiqəsində “Qəbələ” azlıqda qaldı. Komandanın heyətində İbrahim Sanqare qırmızı vərəqə alaraq meydandan qovuldu-“Kəpəz”-“Qəbələ”-0:0
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək. UEFA Çempionlar Liqasında gözlənilməz olaraq məğlubiyyətə düçar olan “köhlən atlar” Premyer Liqanın oyununda qələbə qazanmağa çalışacaq. Muxtar Respublika təmsilçisi bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun digər oyunları Bazar ertəsi günü baş tutacaq. Bazar ertəsi günü iki qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “İmişli” matça üç xal üçün çıxacaq. Yevlaxlılar isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Günün və turun sonncu oyununda “Neftçi” “Palms Sports Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Ağ-qaralar” bu oyunda yeni baş məşqçilərinin rəhbərliyi ilə növbəti qələbəsini qazanmağa çalışacaq. “Kimyaçılar”da matça üç xal üçün çıxacaq.
Qeyd ediyimiz kimi, futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura dünən start verilib. PFL açılış gününə iki qarşılaşma təyin etmişdi.
Günün və turun açılış oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 8-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açıb-“Şamaxı”-“Zirə”-0:1. İlk hissə “Zirə”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 54-cü dəqiqəsində Alfons Msanqa “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Şamaxı”-“Zirə”-1:1. Oyunun 62-ci dəqiqəsində Karim Ross penaltidən “Şamaxı”nın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Şamaxı”-“Zirə”-2:1. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 2:1 qalib ayrıldı.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Sabah”ı qəbul edib. artıq oyunun 31-ci dəqiqəsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Sabah”-0:1. İlk hissə “Sabah”ın 0:1 üstünlüyü ilə başa çatıb.Oyunun 68-ci dəqiqəsində Velko Simiç “Sabah”ın ikinci topuna imza atıb-“Turan Tovuz”-“Sabah”-0:2. Oyunun 79-cu dəqiqəsində Umarali Raxmonaliyev “Sabah”ın üçüncü topuan imza atıb-“Turan Tovuz”-“Sabah”-0:3. Oyunun 82-ci dəqiqəsində “Turan Tovuz” Filip Ozobiçin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Turan Tovuz”-“Sabah”-1:3. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 1:3 qalib ayrıldı
