• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Qarabağ" rəqibini darmadağın etdi-YENİLƏNİB-7

14 Dekabr, 25 / 19:24
A A
"Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edir-START HEYƏTLƏR

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Qarabağ”-“Araz-Naxçıvan” oyunu başa çatdı. Gərgin keçən oyun 5:1 “Qarabağ”ın xeyrinə başa çatdı.
xxxx
Oyunun 90+5-ci dəqiqəsində Toral Bayramov penaltidən dubl edərək özünün ikinci “Qarabağ”ın beşinci topuna imza atdı -“Qarabağ”-“Araz-Naxçıvan”-5:1
xxxx
Oyunun 76-cı dəqiqəsində “Araz-Naxçıvan” Ramon Maçadonun penaltidən qolu ilə hesab arasındakı fərqi azaltdı-“Qarabağ”-“Araz-Naxçıvan”-4:1
xxxxx
Oyunun 72-ci dəqiqəsində Lenadro Andrade “Qarabağ”ın dördüncü topuna imza atdı-“Qarabağ”-“Araz-Naxçıvan”-4:0
xxxx
Oyunn 57-ci dəqiqəsində Joni Montiel penaltidən “Qarabağ”ın üçüncü topuna imza atdı-“Qarabağ”-“Araz-Naxçıvan”-3:0
xxxx
“Qarabağ”-“Araz-Naxçıvan” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Qarabağ” 2:0 hesabı ilə üstündür.
xxx
Oyunun 41-ci dəqiqəsində Nəriman Axundzadə “Qarabağ”ın ikinci topuna imza atdı-“Qarabağ”-“Araz-Naxçıvan”-2:0
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Araz-Naxçıvan”ı qəbul edir. UEFA Çempionlar Liqasında gözlənilməz olaraq məğlubiyyətə düçar olan “köhlən atlar” Premyer Liqanın oyununda qələbə qazanmağa çalışır. Muxtar Respublika təmsilçisi bu oyunda ən azından məğlub olmamaq haqqında düşünür. Hakim Rəşad Əhmədovun etdiyi qarşlaşmada artıq oyunun 30-cu dəqiqəsində “Qarabağ” Toral Bayramovun qolu ilə hesabı açdı-“Qarabağ”-“Araz-Naxçıvan”-1:0

Turun digər oyunları Bazar ertəsi günü baş tutacaq. Bazar ertəsi günü iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “İmişli” matça üç xal üçün çıxacaq. Yevlaxlılar isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək.

Günün və turun sonncu oyununda “Neftçi” “Palms Sports Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Ağ-qaralar” bu oyunda yeni baş məşqçilərinin rəhbərliyi ilə növbəti qələbəsini qazanmağa çalışacaq. “Kimyaçılar”da matça üç xal üçün çıxacaq.

Qeyd ediyimiz kimi, futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura dünən start verilib. PFL açılış gününə iki qarşılaşma təyin etmişdi.

Günün və turun açılış oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 8-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açıb-“Şamaxı”-“Zirə”-0:1. İlk hissə “Zirə”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 54-cü dəqiqəsində Alfons Msanqa “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Şamaxı”-“Zirə”-1:1. Oyunun 62-ci dəqiqəsində Karim Ross penaltidən “Şamaxı”nın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Şamaxı”-“Zirə”-2:1. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 2:1 qalib ayrıldı.

Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Sabah”ı qəbul edib. artıq oyunun 31-ci dəqiqəsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Sabah”-0:1. İlk hissə “Sabah”ın 0:1 üstünlüyü ilə başa çatıb.Oyunun 68-ci dəqiqəsində Velko Simiç “Sabah”ın ikinci topuna imza atıb-“Turan Tovuz”-“Sabah”-0:2. Oyunun 79-cu dəqiqəsində Umarali Raxmonaliyev “Sabah”ın üçüncü topuan imza atıb-“Turan Tovuz”-“Sabah”-0:3. Oyunun 82-ci dəqiqəsində “Turan Tovuz” Filip Ozobiçin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Turan Tovuz”-“Sabah”-1:3. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 1:3 qalib ayrıldı.

Bu gün bir qarşılaşma baş tutub.

Günün açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ”ni qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində “Qəbələ” azlıqda qalıb. Komandanın heyətində İbrahim Sanqare qırmızı vərəqə alaraq meydandan qovulub -“Kəpəz”-“Qəbələ”-0:0. Görüşün ilk hissəsi başladığı hesabla bittib-“Kəpəz”-“Qəbələ”-0:0. Oyunun 54-cü dəqiqəsində “Kəpəz” Ryonosuke Ohorinin qolu ilə hesabı açıb-“Kəpəz”-“Qəbələ”-1:0. Bu oyunda vurulan son qol olub və “Kəpəz” matçdan 1:0 qalib ayrılıb.

 

Previous Post

Azərbaycan Basketbol Liqasında (ABL) 9-cu turun oyunları yekunlaşıb

Next Post

Dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.