İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Şənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “İmişli” matça üç xal üçün çıxacaq. Yevlaxlılar isə bu oyunda ən azından məğlub olmamaq haqqında düşünəcək. Hakim Kamranbəy Rəhimovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“İmişli”nin start heyəti:
33. Andrey Sinenka(GK)
19. Azər Salahlı (C)
44. Həzrət İsayev
94. Rafael Vieqaş
10. Nikola Karaklaiç
29. Edvin Banquera
6. Yau Moses
9. Dioqo Almeyda
23. Dioqo Rollo
17. Ezekiel Morqan
7. Luis Silvestr
“İmişli”nin ehtiyat oyunçuları:
1. Hüseynəli Quliyev(GK)
77. Elmir Rəhimzadə
21. Abbas Ağazadə
97. Xəzər Mahmudov
5. İdris İnqilablı
70. Mehdi Tahirov
27. Lətif Rzayev
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
“İmişli”nin baş məşqçisi:Jorj Kaşkilya
“Karvan-Yevlax”ın start heyəti:
99. Pedro Mateuş(GK)
7. Araz Abdullayev (C)
32. Elvin Yunuszadə
6. Vadim Abdullayev
33. Eltun Turabov
14. Uğur Cahangirov
2. Şakil Sno
11. Kayl Spens
37. Mois Nqvisani
19. Tompson Qavi
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
25. Əmrah Bulud(GK)
42. İbrahim Qədirzadə
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
77. Əli Abdullayev
5. Nika Çaçaşvili
12. Vitor Roşa
3. Said İranxan
8. Peter Kings
10. Samuel Durrant
21. İmani Barker
“Karvan-Yevlax”ın baş məşqçisi: Füzuli Məmmədov
Bu gün daha bir qarşlaşma baş tutacaq.
Günün və turun sonncu oyununda “Neftçi” “Palms Sports Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Ağ-qaralar” bu oyunda yeni baş məşqçilərinin rəhbərliyi ilə növbəti qələbəsini qazanmağa çalışacaq. “Kimyaçılar”da matça üç xal üçün çıxacaq.
Qeyd ediyimiz kimi, futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura şənbə günü start verilib. PFL açılış gününə iki qarşılaşma təyin etmişdi.
Günün və turun açılış oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 8-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açıb-“Şamaxı”-“Zirə”-0:1. İlk hissə “Zirə”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 54-cü dəqiqəsində Alfons Msanqa “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Şamaxı”-“Zirə”-1:1. Oyunun 62-ci dəqiqəsində Karim Ross penaltidən “Şamaxı”nın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Şamaxı”-“Zirə”-2:1. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 2:1 qalib ayrıldı.
Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Sabah”ı qəbul edib. artıq oyunun 31-ci dəqiqəsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Sabah”-0:1. İlk hissə “Sabah”ın 0:1 üstünlüyü ilə başa çatıb.Oyunun 68-ci dəqiqəsində Velko Simiç “Sabah”ın ikinci topuna imza atıb-“Turan Tovuz”-“Sabah”-0:2. Oyunun 79-cu dəqiqəsində Umarali Raxmonaliyev “Sabah”ın üçüncü topuan imza atıb-“Turan Tovuz”-“Sabah”-0:3. Oyunun 82-ci dəqiqəsində “Turan Tovuz” Filip Ozobiçin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Turan Tovuz”-“Sabah”-1:3. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 1:3 qalib ayrıldı.
Dünən daha iki qarşılaşma baş tutub.
Günün açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ”ni qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində “Qəbələ” azlıqda qalıb. Komandanın heyətində İbrahim Sanqare qırmızı vərəqə alaraq meydandan qovulub -“Kəpəz”-“Qəbələ”-0:0. Görüşün ilk hissəsi başladığı hesabla bittib-“Kəpəz”-“Qəbələ”-0:0. Oyunun 54-cü dəqiqəsində “Kəpəz” Ryonosuke Ohorinin qolu ilə hesabı açıb-“Kəpəz”-“Qəbələ”-1:0. Bu oyunda vurulan son qol olub və “Kəpəz” matçdan 1:0 qalib ayrılıb.
Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 30-cu dəqiqəsində “Qarabağ” Toral Bayramovun qolu ilə hesabı açıb-“Qarabağ”-“Araz-Naxçıvan”-1:0. Oyunun 41-ci dəqiqəsində Nəriman Axundzadə “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Araz-Naxçıvan”-2:0. İlk hissə “Qarabağ”ın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunn 57-ci dəqiqəsində Joni Montiel penaltidən “Qarabağ”ın üçüncü topuna imza atıb-“Qarabağ”-“Araz-Naxçıvan”-3:0. Oyunun 72-ci dəqiqəsində Lenadro Andrade “Qarabağ”ın dördüncü topuna imza atıb-“Qarabağ”-“Araz-Naxçıvan”-4:0. Oyunun 76-cı dəqiqəsində “Araz-Naxçıvan” Ramon Maçadonun penaltidən qolu ilə hesab arasındakı fərqi azaldıb-“Qarabağ”-“Araz-Naxçıvan”-4:1. Oyunun 90+5-ci dəqiqəsində Toral Bayramov penaltidən dubl edərək özünün ikinci “Qarabağ”ın beşinci topuna imza atıb -“Qarabağ”-“Araz-Naxçıvan”-5:1. Bu oyunda vurulan son qol oldu və “Qarabağ” matçdan 5:1 qalib ayrıldı.
