13–15 dekabr 2025-cı il tarixlərində “Pool” bilyard idman növü üzrə kişilər və qadınlar arasında ölkə çempionatı uğurla keçirilib. Yarış ölkənin ən güclü bilyardçılarının iştirakı ilə yüksək idman mübarizəsi şəraitində baş tutub.
Çempionat çərçivəsində kişilər arasında Pool-10, qadınlar arasında isə Pool-8 növü üzrə qarşılaşmalar təşkil olunub. Turnir boyu iştirakçılar yüksək peşəkarlıq, taktiki düşüncə və idman ruhu nümayiş etdiriblər.
Kişilər arasında (Pool-10) nəticələr:
•I yer – Qubatov Orxan
•II yer – Fəttayev Murad
•III yerlər – Rzayev Orxan, Əmiraslanov Ruslan
Qadınlar arasında (Pool-8) nəticələr:
•I yer – Nəsirova Mina
•II yer – Bayramova Səbinə
•III yerlər – İsmayilova Südabəxanım, Yolçuzadə Zəminə
Qaliblər və mükafatçılar diplom və medallarla təltif olunub. Yarış Azərbaycan bilyard idmanının inkişafına, gənc və perspektivli idmançıların üzə çıxmasına mühüm töhfə verib.
Ölkə çempionatı bilyard idmanına marağın artdığını bir daha nümayiş etdirərək, bu sahədə gələcək beynəlxalq uğurlar üçün möhkəm zəmin yaradıb.
Azərbaycan Bilyard Federasiyası çempionatın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və AzPulmat şirkətinə təşəkkürünü bildirir.
