• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində

15 Dekabr, 25 / 14:56
A A
"ASAN xidmət" “Take Off İstanbul 2025” startap sammitində

10–11 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin nümayəndə heyəti Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Take Off İstanbul 2025” beynəlxalq startap sammitində iştirak edib.

“ASAN xidmət”in tərəfdaşı olduğu tədbirdə ölkəmiz Azərbaycan stendi ilə təmsil olunub. Stenddə “İnnovasiyalar Mərkəzi”, ASAN AI Hub, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezident startapları və yerli innovasiya ekosistemini təmsil edən perspektivli startaplar – “Enverson AI”, “Convitsa”, “Polygraf AI”, “Speakday”, “IOMETE”, “Qmeter”, “Tryverse” və “StarKidStories” təqdim edilib.

İki gün davam edən sammit çərçivəsində Azərbaycan stendi “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar, “Take Off Girişim” Zirvəsinin direktoru İrem Bayraktar Aksakal, habelə investorlar və innovasiya ekosisteminin digər əsas iştirakçıları tərəfindən ziyarət edilib. Startapların fəaliyyəti ilə yaxından tanışlıq olub, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbirin ikinci günü “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov “Take Off İstanbul 2025” çərçivəsində təşkil olunan “Regional startap ekosistemi: Azərbaycan, Banqladeş, Türkiyə” mövzusunda panel müzakirəsində çıxış edib.

Bu il “Take Off İstanbul” sammiti 40 ölkədən 500-dən çox startapı, 250-dən artıq investoru, 75 maraqlı tərəfi və 11 sponsor təşkilatı bir araya gətirib.

Sammit TEKNOFEST çərçivəsində T3 Fondu, Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisinin təşəbbüsü ilə təşkil olunaraq regionun ən genişmiqyaslı innovasiya və startap platformalarından biri kimi fəaliyyət göstərir.

Bu platforma innovasiyaların inkişafı üçün əlverişli və maneəsiz mühit formalaşdırmaq məqsədilə sahibkarları, mentorları, vençur kapitalı nümayəndələrini və şirkətləri bir araya gətirir.

Previous Post

Əməkdar artist efirə sərxoş çıxan Xalq artistini RÜSVAY ETDİ

Next Post

Qubada qalib müəyyənləşmədi-YENİLƏNİB-3

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.