• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Azərbaycan Premyer Liqası XV TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

15 Dekabr, 25 / 23:53
A A
Azərbaycan Premyer Liqası XV TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasında Şənbə günü star verilib. Açılış günündə iki qarşılaşma baş tutub.

Günün və turun açılış oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Zirə”ni qəbul edib. Artıq oyunun 8-ci dəqiqəsində “Zirə” Giorgi Papunaşvilinin qolu ilə hesabı açıb-“Şamaxı”-“Zirə”-0:1. İlk hissə “Zirə”nin 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 54-cü dəqiqəsində Alfons Msanqa “Şamaxı”nın bərabərlik topuna imza atıb-“Şamaxı”-“Zirə”-1:1. Oyunun 62-ci dəqiqəsində Karim Ross penaltidən “Şamaxı”nın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirib-“Şamaxı”-“Zirə”-2:1. Bu oyunda vurulan son qol oldu və “Şamaxı” matçdan 2:1 qalib ayrıldı.

Günün ikinci qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Sabah”ı qəbul edib. artıq oyunun 31-ci dəqiqəsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Turan Tovuz”-“Sabah”-0:1. İlk hissə “Sabah”ın 0:1 üstünlüyü ilə başa çatıb.Oyunun 68-ci dəqiqəsində Velko Simiç “Sabah”ın ikinci topuna imza atıb-“Turan Tovuz”-“Sabah”-0:2. Oyunun 79-cu dəqiqəsində Umarali Raxmonaliyev “Sabah”ın üçüncü topuan imza atıb-“Turan Tovuz”-“Sabah”-0:3. Oyunun 82-ci dəqiqəsində “Turan Tovuz” Filip Ozobiçin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Turan Tovuz”-“Sabah”-1:3. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 1:3 qalib ayrıldı.

Dünən daha iki qarşılaşma baş tutub.

Günün açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Qəbələ”ni qəbul edib. Artıq oyunun 38-ci dəqiqəsində “Qəbələ” azlıqda qalıb. Komandanın heyətində İbrahim Sanqare qırmızı vərəqə alaraq meydandan qovulub -“Kəpəz”-“Qəbələ”-0:0. Görüşün ilk hissəsi başladığı hesabla bittib-“Kəpəz”-“Qəbələ”-0:0. Oyunun 54-cü dəqiqəsində “Kəpəz” Ryonosuke Ohorinin qolu ilə hesabı açıb-“Kəpəz”-“Qəbələ”-1:0. Bu oyunda vurulan son qol olub və “Kəpəz” matçdan 1:0 qalib ayrılıb.

Günün ikinci qarşılaşmasında “Qarabağ” “Azərsun Arena”da “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 30-cu dəqiqəsində “Qarabağ” Toral Bayramovun qolu ilə hesabı açıb-“Qarabağ”-“Araz-Naxçıvan”-1:0. Oyunun 41-ci dəqiqəsində Nəriman Axundzadə “Qarabağ”ın ikinci topuna imza atıb-“Qarabağ”-“Araz-Naxçıvan”-2:0. İlk hissə “Qarabağ”ın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunn 57-ci dəqiqəsində Joni Montiel penaltidən “Qarabağ”ın üçüncü topuna imza atıb-“Qarabağ”-“Araz-Naxçıvan”-3:0. Oyunun 72-ci dəqiqəsində Lenadro Andrade “Qarabağ”ın dördüncü topuna imza atıb-“Qarabağ”-“Araz-Naxçıvan”-4:0. Oyunun 76-cı dəqiqəsində “Araz-Naxçıvan” Ramon Maçadonun penaltidən qolu ilə hesab arasındakı fərqi azaldıb-“Qarabağ”-“Araz-Naxçıvan”-4:1. Oyunun 90+5-ci dəqiqəsində Toral Bayramov penaltidən dubl edərək özünün ikinci “Qarabağ”ın beşinci topuna imza atıb -“Qarabağ”-“Araz-Naxçıvan”-5:1. Bu oyunda vurulan son qol oldu və “Qarabağ” matçdan 5:1 qalib ayrıldı.

Bu gün iki qarşılaşma baş tutub.

Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edib. artıq oyunun 29-cu dəqiqəsində “İmişli” Dioqo Almeydanın qolu ilə hesabı açıb-“İmişli”-“Karvan-Yevlax”-1:0. Oyunun 40-cı dəqiqəsində Vadim Abdullayev “Karvan-Yevlax”ın bərabərlik topuna imza atıb-“İmişli”-“Karvan-Yevlax”-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-“İmişli”-“Karvan-Yevlax”-1:1. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissəsinin nəticəsi oyunun nəticəsi olub. Beləcə tərəflər hərəyə bir dəfə fərqləndiyi oyunda bir xala qane olub-“İmişli”-“Karvan-Yevlax”-1:1.

Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edib. Artıq oyunun 34-cü dəqiqəsində “Neftçi” İmad Farajın qolu ilə hesabı açıb-“Neftçi”-“Sumqayıt”-1:0. İlk hissə “Neftçi”nin 1:0 üstünlüyü ilə başa çatıb. Oyunun 49-cu dəqiqəsində Bassala Sambu “Neftçi”nin ikinci topuna imza atıb-“Neftçi”-“Sumqayıt”-2:0. Oyunun 74-cü dəqiqəsində “Sumqayıt” Nsane Simonun qolu ilə hesab arasındakı fərqi azaldıb-“Neftçi”-“Sumqayıt”-2:1. Oyunun 81-ci dəqiqəsində Səbuhi Abdullazadə “Sumqayıt”ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Neftçi”-“Sumqayıt”-2:2. Bu oyunda vurulan son qol olub və tərəflər oyunda hərəyə iki dəfə fərqlənməklə bir xala qane olub-“Neftçi”-“Sumqayıt”-2:2.

NƏTİCƏLƏR:
“ŞAMAXI”-“ZİRƏ”-2:1
“TURAN TOVUZ”-“SABAH”-1:3
“KƏPƏZ”-“QƏBƏLƏ”-1:0
“QARABAĞ”-“ARAZ-NAXÇIVAN”-1:0
“İMİŞLİ”-“KARVAN-YEVLAX”-1:1
“NEFTÇİ”-“SUMQAYIT”-2:2

TURNİR CƏDVƏLİ:

Previous Post

Bu axşam “Nar”da böyük həyəcan – növbəti avtomobil səni gözləyir

Next Post

Tanınmış güləşçilər Qarabağ Universitetində olub

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.