İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Azərbaycan Premyer Liqasının I turu çərçivəsində keçirilən “Sabah”-“Qarabağ” oyunu başa çatdı. Gərgin keçən matçda 2:1 qalib gələn “Sabah” liderliyə yüksəldi.
xxx
Oyunun 88-ci dəqiqəsində Aron Maluda “Sabah”ın ikinci topuna imza ataraq komandasını hesabda önə keçirdi-“Sabah”-“Qarabağ”-2:1
xxxx
Oyunun 52-ci dəqiqəsində Coy Lens Mikels “Sabah”ın bərabərlik topuna imza atdı-“Sabah”-“Qarabağ”-1:1
xxx
“Sabah”-“Qarabağ” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Sabah” 0:1 hesabı ilə irəlidədir.
xxxx
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış görüş çərçivəsində “Sabah” “Bank Respublika Arena”da “Qarabağ”ı qəbul edir. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşünür. “Qarabağ” isə matçda növbəti üç xal üçün çıxıb. Hakim Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada artıq oyunun 9-cu dəqiqəsində “Qarabağ” Leandro Anradenin qolu ilə hesabı açdı-“Sabah”-“Qarabağ”-0:1
Qeyd edək ki, Futbol üzrə Azərbaycan Premyer Liqasının I turuna Avqustun 15-də start verilib. Mövsümün açılış günüdə bir qarşılaşma baş tutub.
Günün yeganə qarşılaşmasında Yevlaxın “Karvan-Yevlax” klubu “Şamaxı Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Karvan-Yevlax”-“Qəbələ”-1:1. Oyunun 64-cü dəqiqəsində “Qəbələ” Domi Massumoqolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Qəbələ”-1:0. Oyunun 78-ci dəqiqəsində “Karvan-Yevlax” “Qəbələ”nin heyətindən Murad Musayevin avtoqolu ilə hesabı bərabərləşdirib-“Karvan-Yevlax”-“Qəbələ”-1:1. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olublar-“Karvan-Yevlax”-“Qəbələ”-1:1
16 Avqust günü iki qarşılaşma baş tutub.
Günün açılış oyununda “İmişli” “Şamaxı Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bittib-“İmişli”-“Turan Tovuz”-0:0.Oyunun 90+9 dəqiqəsində “Turan Tovuz” Roberto Olabenin qolu ilə hesabı açıb-“İmişli”-“Turan Tovuz”-0:1. Bu görüşdə vurulan son qol olub və “Turan Tovuz” matçdan 0:1 qalib ayrılaq mövsümə 0:1 qalib başlayıb.
Günün qarşılaşmasında “Neftçi” “Neftçi Arena”da “Şamaxı”nı qəbul edib. Artıq oyunun 23-cü dəqiqəsində “Şamaxı” Karim Rossinin qolu ilə hesabı açıb-“Neftçi”-“Şamaxı”-0:1. Oyunun 45+2-ci dəqiqəsində Emin Mahmudov penaltidən “Neftçi”nin bərabərlik topuna imza atıb-“Neftçi”-“Şamaxı”-1:1. Görüşün ilk hissəsi tərəflərin hərəyə bir dəfə fərqənməsi ilə başa çatıb-“Neftçi”-“Şamaxı”-1:1. İkinci hissəsdə heç bir qol olmayıb və ilk hissəsnin nəticəsi oyunun nəticəsi olub. Beləcə tərəflər hərəyə bir dəfə fərqəndiyi oyunda bir xala qane olublar-“Neftçi”-“Şamaxı”-1:1.
17 Avqust günü bir qarşılaşma baş tutub
Günün yeganə oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib.Artıq oyunun 14-cü dəqiqəsində “Sumqayıt” Rüstəm Əhmədzadənin qolu ilə hesabı açıb- “Sumqayıt”-“Kəpəz”-1:0. Oyunun 26-cı dəqiqəsində Aleksandr Ramalinqom “Sumqayıt”ın ikinci topuna imza atıb-“Sumqayıt”-“Kəpəz”-2:0. Oyunun 37-ci dəqiqəsində Aleksa Yankoviç “Sumqayıt”ın üçüncü topuna imza atıb-“Sumqayıt”-“Kəpəz”-3:0. İlk hissə “Sumqayıt”ın 3:0 üstünlüyü ilə başa çatıb. Oyunun ikinci hissəsində qol olmayıb və ilk hissənin nəticəsi oyunun nəticəsi olub-“Sumqayıt”-“Kəpəz”-3:0. Beləcə “Sumqayıt” mövsümdə ilk üç xalını üç cavabsız qolla qazanıb-“Sumqayıt”-“Kəpəz”-3:0.
18 Avqust günü bir qarşılaşma baş tutub.
Günün yeganə və turun sonuncu qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edib. Artıq oyunun 45+1-ci dəqiqəsində “Zirə” İssa Cibrillanın qolu ilə hesabı açıb-“Zirə”-“Araz-Naxçıvan”-1:0. İlk hissə “Zirə”nin 1:0 üstünlüyü ilə başa çatıb.Oyunun 65-ci dəqiqəsində Bəxtiyar Həsənalızadə “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atıb-“Zirə”-“Araz-Naxçıvan”-1:1. Bu görüşdə sonuncu qol oldu və tərəflər hərəyə bir dəfə fərqlənməklə bir xala qane olub-“Zirə”-“Araz-Naxçıvan”-1:1
