Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək. PFL bu günə bir qarşılaşma təyin edib.
Günün yeganə və turun açılış qarşılaşmasında qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. Nizami yurdunun təmsilçiləri bu oyunda ən azından bir xal qazanmağa çalışacaq. “Boz qurd” isə matçda üç xal üçün çıxacaq. Hakim Kamal Umudlunun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“Kəpəz”in start heyəti:
33. Yusif İmanov(GK)
27. Məqsəd İsayev
7. Ehtiram Şahverdiyev
77. Fərid Nəbiyev
5. Rauf Hüseynli
9. Luis Paçu
29. Dioqo Verdaska (C)
24. Olavale Onanuqa
14. Adama Fofana
10. Ryonosuke Ohori
38. Cefferson Bentu
“Kəpəz”in ehtiyat oyunçuları:
22. Məmməd Hüseynov(GK)
81. Elgün Bayramov(GK)
66. Arzu Atakişiyev
99. Əli Səmədov
23. Fərid Kələntərov
53. Şahmar Aşurov
17. Ümid Səmədov
15. Raul Məmmədov
20. Elcan Əbilov
80. Şahnur İsmayılov
83. Raul İsaqov
6. Pedro Qomeş
“Kəpəz”in baş məşqçisi:Azər Bağırov
“Turan Tovuz”un start heyəti:
1. Oleq Baklov(GK)
29. Filip Ozobiç
88. Faiq Hacıyev (C)
11. Ayxan Hüseynov
6. Fərid Yusifli
23. Alexandro Serrano
90. Joarlem Santos
15. Emmanuel Hakman
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
“Turan Tovuz”un ehtiyat oyunçuları:
41. Sergey Samok(GK)
13. Mehman Hacıyev(GK)
73. Ülvü Mədətov
17. Rəhim Sadıqov
21. Aleks Souza
14. Murad Dadaşev
30. Mircamal Əlizadə
60. Vüqar Bağırov
“Turan Tovuz”un baş məşqçisi:Kurban Berdiyev
Turun digər görüşləri Şənbə, Bazar və Bazar ertəsi günü keçiriləcək. Şənbə günü iki qarşılaşama baş tutacaq.
Günün ilk qarşılaşmasında “Karvan-Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Neftçi”ni qəbul edəcək. Yexlax təmsilçisi matçda ən azında məğlub olmamaq haqqında düşünəcək. “Neftçi” isə bu oyunda qələbə qazanmağa çalışacaq.
Günün iknci oyununda “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionun”da “İmişli”ni qəbul edəcək. Hər iki komanda meydana üç xal üçün çıxacaq.
Turun digər görüşləri Bazar və Bazar ertəsi günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Bazar günü ilk olaraq “Qəbələ Qəbələ Şəhər Stadionun”da “Qarabağ”ı qəbul edəcək. Meydan sahibləri bu oyunda ən azından məğlub olmamaq haqqında düşüncək. “Qarabağ” isə matçda növbəti üç xalını qazanmağa çalışacaq.
Günün ikinci qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Şamaxı”nı qəbul edəcək. Turnir cədvəlində qonşu olan komandalar bu oyunda qələbə qazanmağa çalışcaq.
Turun sonuncu görüşü bazar günü keçiriləcək.
Bazar günün günün yeganə və sonuncu oyununda gənclik şəhər təmsilçisi “Sumqayıt” “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər stadionun”da “Sabah”ı qəbul edəcək. Meydan sahiblərə matça üç xal üçün çıxacaq. “Bayquşlar” isə 2025-ci ildə liderliyini qorumaq üçün meydanda qələbə qazanmağa çalışacaq.
