• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Amnistiya düşən tanınmış şəxslər - Onlar da əfv olundu

22 Dekabr, 25 / 17:29
A A
Amnistiya düşən tanınmış şəxslər - Onlar da əfv olundu

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentin qəbul etdiyi Amnistiya aktının icrası həyata keçirilib.

Bu, ən böyük Amnistiya aktı hesab olunur. 20 min məhkuma şamil olunacaq sənədə əsasən, 5 minə yaxın şəxs həbs cəzalarından tam azad ediləcək.

Həmçinin azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 minə yaxın məhkumun cəzası 6 ay azaldılacaq.

Qalan hissə isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan və azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilənlərə aiddir.

Qeyd edək ki, qəbul edilən amnistiya aktı bir sıra məşhur şəxslərə də şamil olunub.

Amnistiya aktına əsasən, qayınanasının qətlini gizlətməkdə təqsirli bilinərək həbs edilən Ağcabədi rayon sakini Əfsanə Məmmədova azadlığa buraxılıb. Ə.Məmmədova ARB televiziyasında yayımlanan “Səni axtarıram” verilişində qayınanasının qətlə yetirildiyini etiraf etdikdən sonra hadisədə iştirakının müəyyənləşdirilməsi ilə barəsində cinayət işi açılaraq həbs olunmuşdu.

Amnistiya aktı Novxanı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi törədərək 4 nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevə də şamil edilib. 2021-ci ilin iyun ayında onun sərxoş vəziyyətdə idarə etdiyi “Range Rover” markalı avtomobil “Daewoo Damas”la toqquşmuş, nəticədə avtomobilin sürücüsü və üç sərnişini həlak olmuşdu. Sonradan ölən şəxslərin hüquqi varisləri ilə barışıq əldə olunub.

Bundan başqa, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə korrupsiya ittihamı ilə məhkum edilmiş keçmiş müavin Gültəkin Sadıqova da amnistiya əsasında azadlığa buraxılıb. O, son hökmə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Amnistiya aktı müğənni Dəniz Əsədovaya da tətbiq olunub. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə həbs edilən müğənni cəzasının bitməsinə 22 gün qalmış azadlığa buraxılıb. D.Əsədova açıqlamasında dövlət başçısına humanist qərara görə təşəkkür edib. Dəniz Əsədova xüsusi ittiham qaydasında verilən şikayət əsasında ümumilikdə 8 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

//milli.az

Previous Post

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik edib

Next Post

Şahmat Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunan tədbiri keçirilib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.