İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Kupon Booking şirkətinin təşkilatçılığı ilə Hayal Kahvesində Türkiyənin məşhur alternativ musiqi qruplarından biri olan “Dedublüman” Bakıdakı pərəstişkarları ilə görüşüb. Qrupun konserti musiqisevərlərə unudulmaz anlar yaşadıb.
Konsertdən öncə media nümayəndələri ilə görüşən qrup üzvləri Bakının memarlığının gözəlliyindən heyran olduqlarını, şəhərdə özlərini olduqca doğma hiss etdiklərini bildiriblər. Sənətçilər Azərbaycan tamaşaçısının enerjisini və səmimiyyətini xüsusi vurğulayıblar.
Qrup üzvləri yanvar ayında yayımlanması planlaşdırılan yeni mahnılarını ilk dəfə məhz Bakı konsertində səsləndirəcəklərini bildirərək, bunu Bakıdakı sevənləri üçün xüsusi sürpriz kimi təqdim ediblər.

