• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Dünya

Maduro Vaşinqtona mesaj verdi: “Hazırıq...”

02 Yanvar, 26 / 17:24
A A
Maduro Vaşinqtona mesaj verdi: “Hazırıq...”

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Venesuela hakimiyyəti ABŞ ilə narkotik qaçaqmalçılığına qarşı əməkdaşlıq və ölkənin neft sektoruna Amerika sərmayələrinin cəlb edilməsi məsələlərini müzakirə etməyə açıq olduğunu bəyan edib.

Bunu Venesuela prezidenti Nikolas Maduro fransız jurnalist İqnasiо Ramonelə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, rəsmi Karakas faktlara əsaslanan ciddi dialoqa hazırdır və bu mövqe ABŞ nümayəndələrinə dəfələrlə çatdırılıb.

Maduro bildirib ki, əgər Vaşinqton narkotik ticarətinə qarşı real və səmərəli saziş üzərində işləmək niyyətindədirsə, Venesuela bu prosesə qoşulmağa hazırdır. Prezident eyni zamanda qeyd edib ki, ABŞ Venesuela neftinə ehtiyac duyarsa, ölkə “Chevron” kimi Amerika şirkətlərinin investisiyaları üçün açıqdır.

Venesuela lideri ABŞ-nin Karakası narkotik istehsalı və qaçaqmalçılığına qarşı yetərli mübarizə aparmamaqda ittiham etməsini isə əsassız adlandırıb. Onun fikrincə, Vaşinqton bu iddiaları siyasi məqsədlərlə irəli sürür və onların reallıqla əlaqəsi yoxdur.

Xatırladaq ki, ABŞ Venesuelanı narkotik qaçaqmalçılığı ilə mübarizədə passiv mövqe tutmaqda günahlandırır. “New York Times”ın avqustda yaydığı məlumata əsasən, ABŞ prezidenti Donald Tramp Latın Amerikası narkokartellərinə qarşı hərbi tədbirlərin gücləndirilməsi ilə bağlı gizli göstəriş imzalayıb. Bundan sonra Karib hövzəsinə əlavə ABŞ hərbi qüvvələri, o cümlədən “Gerald R. Ford” aviadaşıyıcısının daxil olduğu zərbə qruplaşması göndərilib.

Son aylarda ABŞ ordusu regionda keçirilən əməliyyatlar zamanı onlarla katerin məhv edildiyini, yüzdən artıq şəxsin isə həlak olduğunu açıqlayıb.

//milli.az

Previous Post

Bir qadınla gözü doymayan 95 yaşlı cəsarətli aktyorun yeganə QORXUSU

Next Post

Nərimanovda binanın fasadı uçub yerə töküldü - VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.