
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Venesuelanın müvəqqəti dövlət prezidenti Delsi Rodriges Çinin Karakasdakı fövqəladə və səlahiyyətli səfiri Lan Hu ilə görüşüb. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, Görüş zamanı Rodriges Çinin Venesuelaya göstərdiyi siyasi və diplomatik dəstəyə görə təşəkkürünü bildirib.
Rodrigez beynəlxalq hüquqa və ölkənin suverenliyinə hörmətin vacibliyini vurğulayıb. Tərəflər Venesuela–Çin münasibətlərinin möhkəmləndirilməsi, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişafı və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
//Nəzər.Media
