
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Suriya Müdafiə Nazirliyi terror təşkilatı YPG/SDG-yə Hələb şəhərini tərk etməsi üçün vaxt verildiyini açıqlayıb. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, nazirliyin məlumatına görə, bu məqsədlə saat 03:00-dan 09:00-dək atəşkəs rejimi tətbiq olunacaq.
Rəsmi açıqlamada bildirilib ki, atılan bu addım şəhər məhəllələrində mövcud olan hərbi vəziyyətə son qoymaq, dövlət qurumlarının normal fəaliyyətini bərpa etmək üçündür. Proses eyni zamanda da evlərini tərk etmək məcburiyyətində qalan mülki şəxslərin geri qayıdışını asanlaşdırmaq məqsədi daşıyır.
//Nəzər.Media
