• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək

13 Yanvar, 26 / 13:09
A A
Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Misir Mərdanov kafedra müdiri postunda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı əvəzləyəcək.

Nəzər.Media xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir.

Məlumata əsasən, o, hazırda boş qalan kafedralardan birinə rəhbərlik edəcək. Söhbət daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi Hesablama riyaziyyat kafedrasından gedir. Bildirilir ki, Misir Mərdanov məhz bu kafedranın müdiri kimi fəaliyyətə başlayacaq.

Mənbələrin verdiyi informasiyaya görə, onun təyinatının indiyədək rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi üzrə davam edən təhvil-təslim və “Ramiz Mehdiyev işi”dir. Həmin prosesin yekunlaşmasından sonra Misir Mərdanovun Bakı Dövlət Universitetində fəaliyyətə başlaması gözlənilir. Universitetə yaxın mənbələr də bu məlumatı təsdiqləyirlər.

Qeyd edək ki, Misir Mərdanov uzun illərdir Azərbaycan elmi və təhsil ictimaiyyətində tanınmış simalardan biridir. O, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində ali təhsil alıb. Daha sonra elə həmin fakültədə uzun müddət pedaqoji və inzibati fəaliyyət göstərib. 1978-1989-cu illərdə isə M. Mərdanov Mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsində çalışıb. BDU-da sonuncu iş yeri rektor vəzifəsi olub.
Məhz bu səbəbdən onun yenidən Mexanika-riyaziyyat fakültəsinə qayıdacağı gözləntilər sırasındadır.

Məlumat üçün bildirək ki, Mexanika-riyaziyyat fakültəsinin tərkibində hazırda 9 kafedra fəaliyyət göstərir. Hazırda onlardan yalnız Hesablama riyaziyyat kafedrasının rəhbəri vəzifəsi boşdur. Bu kafedraya bir müddət əvvələdək Qalina Mehdiyeva rəhbərlik edirdi. Onun işdən çıxarılmasından sonra isə bu strukturda rəhbərlik məsələsi açıq qalıb.

Bakı Dövlət Universitetinin rəsmi saytında da hazırda bu kafedranın müdiri ilə bağlı heç məlumat yenilənməyib. Bu isə yeni təyinatın yaxın zamanda açıqlana biləcəyi ehtimalını artırır. Universitetə yaxın dairələrdə Misir Mərdanovun məhz bu boşluğu dolduracağı ilə bağlı müzakirələr aparıldığı bildirilir.

Bir çoxları hesab edir ki, Misir Mərdanovun bu vəzifəyə gətirilməsi fakültənin elmi və təşkilati işlərinin yenidən aktivləşdirilməsinə töhfə verə bilər. Onun həm akademik, həm də idarəçilik təcrübəsi bu baxımdan mühüm amil sayılır. Xüsusilə, Hesablama riyaziyyat kimi strateji bir sahədə güclü rəhbərliyin vacibliyi vurğulanır.

Məsələ ilə bağlı Misir Mərdanovla əlaqə saxladıq. O hazırda işlərinin qaydasında olduğunu bildirdi:
“Yeni təklifləri biraz keçəndən sonra maraqlanarsınız. Qoy qırxı çıxsın (gülür) İlk xəbəri də sizə verərəm”.

Bakı Dövlət Universitetində yendən fəaliyyət göstərəcəyini də istisna etməyən keçmiş nazir hər şeyin ola biləcəyini də vurğuladı.

Hazırda rəsmi qurumlar tərəfindən bu təyinatla bağlı açıqlama verilməsə də, Modern.az-ın əldə etdiyi məlumatlar prosesin artıq son mərhələdə olduğunu göstərir. Gözləntilərə görə, yaxın günlərdə məsələ ilə bağlı rəsmi qərar elan olunacaq.

Previous Post

Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq, 8° şaxta olacaq

Next Post

Dövlət qurumu qara görə xəbərdarlıq etdi - Bu yollar bağlana bilər

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.