Bu gün Avtokuboklardakı təmsilçilərimizdən Premyer Liqanın bürünc medalçısı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçını keçirib. Nəzər.Media xəbər verir ki, Muxtar Respublika təmsilçisi “Dalğa Arena”da Yunanıstan “Aris”ini qəbul edib.
Görüşün ilk hissəsi başladığı hesabla bitdi-“Araz-Naxçıvan”-“Ariz”-0:1. Oyunun 75-ci dəqiqəsində Felipe Santos “Araz-Naxçıvan”ın bərabərlik topuna imza atdı-“Araz-Naxçıvan”-“Ariz”-1:1. Oyunun 78-ci dəqiqəsində Patrik Andrade “Araz-Naxçıvan”ın ikinci topuna imza ataraq komandamızı hesabda irəli çıxardıb. Bu oyunda vurulan son qol oldu və “Araz-Naxçıvan” matçda 2:1 qalib ayrıldı.
Qeyd edək ki, cavab görüşü iyulun 31-də keçiriləcək.
