“Sabah” bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb. Nəzər.Media xəbər verir ki, “bayquşlar” səfərdə Kişnyovun “Zimbru” stadionunda Moldovanın “Petrokub” klubunun qonağı olub.
Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Petrokub”-“Sabah”-0:0. Oyunun 82-ci dəqiqəsində “Sabah” Pavol Savrankonun qolu ilə hesabı açıb-“Petrokub”-“Sabah”-0:1. Oyunun 90-cı dəqiqəsində Kahim Parris “Sabah”ın ikinci topuna imza atdı-“Petrokub”-“Sabah”-0:2. Bu oyunda vurulan son qol oldu və “Sabah” matçdan 0:2 qalib ayrıldı.
Qeyd edək ki, cavab matçı iyulun 31-də keçiriləcək.
