
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Almaniyanın avtomobil istehsalçısı “Volkswagen Qrupu” 2025-ci ildə Çin bazarında 2,69 milyon avtomobil təhvil verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, bununla da şirkətin qlobal avtomobil tədarükünün təxminən 30 faizi məhz Çin bazarının payına düşüb.
Volkswagen Çin bazarının strateji əhəmiyyətini vurğulayaraq, burada mövqeyini daha da gücləndirməyi hədəflədiyini bildirib. Şirkət eyni zamanda elektrikli avtomobillərə xüsusi diqqət ayırdığını və bu sahədə yeni modellər təqdim etdiyini açıqlayıb. Bundan əlavə, Volkswagen yeni ixrac strategiyasını da elan edərək qlobal bazarlarda rəqabət gücünü artırmağı planlaşdırır.
//Nəzər.Media
