
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
İran ABŞ ilə yaşanan hərbi gərginlik fonunda müvəqqəti olaraq bağladığı hava məkanını təxminən 5 saat sonra yenidən uçuşlara açıb. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hava sahəsinin açılmasından sonra İran aviaşirkətlərinə məxsus təyyarələr uçuşlara başlayıb.
Rəsmi qurumlar uçuşların təhlükəsizlik şəraitində həyata keçirildiyini bildiriblər. Qeyd olunur ki, hava məkanının bağlanması bölgədəki gərginliklə birbaşa əlaqəli olub. Vəziyyətin bundan sonrakı inkişafı diqqətlə izlənilir.
//Nəzər.Media
