Türkiyədə yol qəzası baş verib.Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, qəza Antaliyada baş verib.
Qəza zamanı minik avtomobili və taksi fəaliyyəti ilə məşğul olan avtomobil toqquşub. Hadisə zamanı 7 nəfər yaralanıb. Yaralılardan 5-i xarici vətəndaş olan turistdir. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
