
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Kupon Booking şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən rok qruplarından olan maNga uzun fasilədən sonra Azərbaycanda konsert proqramı ilə çıxış edib. Möhtəşəm gecə Bakı Konqres Mərkəzində baş tutub.
Konsertdən öncə qrup üzvləri media nümayəndələri ilə görüşərək jurnalistlərin suallarını cavablandırıblar. Azərbaycana yenidən qayıtmaqdan böyük məmnunluq duyduqlarını bildirən musiqiçilər ölkəmiz üçün darıxdıqlarını xüsusi vurğulayıblar.
Konsert zamanı isə emosional anlar yaşanıb. Qrupun solisti Ferman Akgül səhnədən tamaşaçıların arasına enərək azərbaycanlı sevənləri ilə birlikdə ölkəmizə məxsus məşhur “Ayrılıq” mahnısını səsləndirib. Bu jest zalda alqışlarla qarşılanıb.
Gecə ərzində maNga sevilən hitlərini ifa etməklə yanaşı, Eurovision mahnı müsabiqəsində onlara 2-ci yer qazandıran məşhur bəstəni də səsləndirib. Konsert musiqisevərlərə unudulmaz anlar yaşadıb.

