• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

150 şəhidin şəkli ilə yürüş: Vəhdət Partiyasının anım aksiyası

20 Yanvar, 26 / 16:29
A A
150 şəhidin şəkli ilə yürüş: Vəhdət Partiyasının anım aksiyası

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə böyük bir hüzn günü deyil, həm də milli qəhrəmanlığın və sarsılmaz iradənin simvolu kimi əbədi yer alıb. Məhz bu tarix münasibətilə Vəhdət Partiyası ənənəvi tədbirlərdən fərqli, cəmiyyətin diqqətini cəlb edən qeyri-adi, dərin rəmzi məna daşıyan bir yürüş təşkil edib.
Nəzər.Media Vəhdət Partiyasının rəhbər şəxsləri və üzvləri Parlament prospekti boyunca Şəhidlər Xiyabanına doğru yürüş edərək 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramlarını nümayiş etdiriblər. Yürüşün əsas özəlliyi isə iştirakçıların əllərində 20 Yanvar gecəsində şəhid olmuş 150 nəfərin fotolarını əks etdirən plakatlar daşıması olub. Bu səssiz, lakin mənalı yürüşlə partiya nümayəndələri faciənin miqyasını bir daha canlı şəkildə ictimaiyyətə çatdırıblar.
Partiyanın sədri Adəm İsmayıl Bakuvinin rəhbərliyi ilə keçirilən yürüşdə 200-ə yaxın partiya üzvü iştirak edib. Onlar insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilmiş mülki vətəndaşlarımızın fotolarını daşıyaraq, xalqın birliyini və şəhidlərimizə sədaqətini nümayiş etdiriblər.
Ümumxalq Hüzn Günündə Vəhdət Partiyasının təmsilçiləri Şəhidlər Xiyabanını ziyarət edib, məzarlar önünə gül və qərənfil dəstələri düzüblər. Onlar Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş igid oğullarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
36 il əvvəl Azərbaycanın qəhrəman övladları doğma Vətənin azadlığını, xalqın şərəf və ləyaqətini hər şeydən uca tutaraq qanlı Yanvar gecəsində şəhidlik zirvəsinə yüksəldilər. Məhz həmin gün Azərbaycan xalqı müstəqillik yolunda ilk böyük itkilərini verdi.
İllər sonra Ali Baş Komandanın başçılığı ilə Müzəffər ordumuzun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığını sübut etdi. Sovet ordusunun törətdiyi bu qanlı cinayətdən onilliklər keçsə də, həmin gecənin ağrısı xalqımızın yaddaşından silinməyəcək. Azadlıq naminə həyatını fəda edən Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Previous Post

Məzahir Pənahov MSK-dan gedəcək? - Özü AÇIQLADI

Next Post

Sabah qar yağacaq, şaxta olacaq

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.