• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Xetaq Qazyumov Göygöl toplanışını dəyərləndirib

22 Yanvar, 26 / 15:24
A A
Xetaq Qazyumov Göygöl toplanışını dəyərləndirib

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Sərbəst güləş üzrə milli komandanın Göygöl toplanışı davam edir.

Yanvarın 31-də yekunlaşacaq hazırlıq prosesində daha çox fiziki məşqlərə üstünlük verilir. Baş məşqçi Xetaq Qazyumov toplanışın gedişi və digər məsələlərlə bağlı açıqlama verib:

“Yarış baxımından ilk startımız olan Albaniyada keçiriləcək reytinq turnirinə planlı şəkildə hazırlaşırıq. Göygöldə təlim-məşq toplanışı keçirik. Əsas diqqəti güc və funksional hazırlığa ayırmışıq. Eyni zamanda texniki-taktiki hazırlığı da bura əlavə edirik.

Bu toplanışdakı məqsədimiz güc göstəricilərini və funksional hazırlığı, həmçinin dözümlülüyü artırmaqdır. Əlbəttə, öz taktiki tapşırıqlarımızı yerinə yetirmək, rəqiblərimizi izləyib öyrənmək ki, gələcəkdə kiminlə necə mübarizə aparacağımızı bilək.

Komandanın hazırkı vəziyyəti haqqında danışmaq hələ tezdir. Çünki bu yaxınlarda Azərbaycan çempionatı keçirilib. Federasiyamız testlər təşkil etdi, həmin testlərdən keçdik və idmançıların orqanizmini yoxladıq. Güləşçiləri hazırlıq prosesinə cəlb edirik ki, gələcəkdə yüksək səviyyədə işləyə bilsinlər.

Albaniyada keçiriləcək reytinq turniri üçün iki toplanış nəzərdə tutulub. Daha əvvəl dediyim kimi, birinci toplanış daha çox güc və funksional hazırlıq xarakteri daşıyır. Həmçinin, Bakıda taktiki-texniki çalışmalar üzrə toplanış keçəcəyik”.

Previous Post

Azərbaycanın turizm imkanları Tailandda tanıdılıb

Next Post

3000 abonentin qazı kəsiləcək

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.