• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Cəmiyyət

Azərbaycanla Misir arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

23 Yanvar, 26 / 13:29
A A
Azərbaycanla Misir arasında dini sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misirə səfəri çərçivəsində bu ölkənin müftisi Nazir Məhəmməd Ayad ilə görüşüb.

Dövlət Komitəsinin sədri Azərbaycan ilə Misir arasında tarixi, mədəni və siyasi əlaqələr, ölkəmizdə formalaşmış multikultural dəyərlər və tolerantlıq ənənələrindən bəhs edib. İki ölkə arasında yüksək səviyyəli siyasi əlaqələrin bir çox sahələrdə, o cümlədən dini müstəvidə əməkdaşlığın dinamik şəkildə inkişafına zəmin yaratdığını vurğulayıb.

Məmmədov “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi” mövzusunda keçirilən konfransı müxtəlif ölkələrdən olan alim və mütəxəssislər arasında fikir mübadiləsi üçün səmərəli platforma kimi dəyərləndirərək, tədbirin Azərbaycan-Misir münasibətlərinin daha da möhkəmlənməsi, dini və elmi dialoqun genişlənməsinə mühüm töhfə verəcəyinə əmin olduğunu bildirib.

Misirin müftisi Nazir Məhəmməd Ayad Dövlət Komitəsi sədrinin beynəlxalq konfransda iştirakını əməkdaşlığa verilən önəmin bariz göstəricisi kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycanın dinlərarası dialoqun təşviqində, elmi və akademik müzakirələrdə fəal iştirak etməsi ölkəmizin beynəlxalq platformalarda mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Görüşdə təcrübə mübadiləsinin genişləndirilməsi, bu çərçivədə Azərbaycan İlahiyyat İnstitutu ilə Misirin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Previous Post

"İmişli" "Araz-Naxçıvan"ı qəbul edir-START HEYƏTLƏR

Next Post

Dövlət Komitəsinin sədri Misirin dini işlər və vəqflər naziri ilə görüşüb

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.