Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsindən sonra XVII tura start veriləcək. 2026-cı ilin ilk turu üçün PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ilk qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Araz-Naxçıvan”ı qəbul edəcək. “İmişli” ilə qələbə ilə başlamaq istəyəcək. Muxtar Respublika təmsilçisi də ilə qələbə ilə başlamaq istəyəcək. Hakim İnqilab Məmmədovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“İmişli”nin start heyəti:
33. Andrey Sinenka(GK)
19. Azər Salahlı (C)
21. Abbas Ağazadə
94. Rafael Vieqaş
29. Edvin Banquera
14. Ronaldo de Souza
6. Yau Mozes
9. Dioqo Almeyda
23. Dioqo Rollo
17. Ezekiel Morqan
7. Luis Silvestr
“İmişli”nin ehtiyat oyunçuları:
1. Hüseynəli Quliyev(GK)
77. Elmir Rəhimzadə
97. Xəzər Mahmudov
5. İdris İnqilablı
44. Həzrət İsayev
10. Nikola Karaklaiç
70. Mehdi Tahirov
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
“İmişli”nin baş məşqçisi:Jorj Kaşkilya
“Araz-Naxçıvan”ın start heyəti:
94. Tərlan Əhmədli(GK)
34. Urfan Abbasov (C)
3. Bəxtiyar Həsənalızadə
5. Slavik Alxasov
8. Coşqun Diniyev
24. Mustafa Əhmədzadə
6. Patrik Andrade
7. Hamidu Keyta
11. Ba-Muaka Simakala
77. Bruno Franko
70. Şarl Boli
“Araz-Naxçıvan”ın ehtiyat oyunçuları:
12. Kristian Avram(GK)
26. Ömər Buludov
29. Vanderson Melo
16. Ramon Maçado
14. Ülvi İsgəndərov
23. Nuno Rodriqes
19. Bar Kohen
“Araz-Naxçıvan”ın baş məşqçisi: Andrey Demçenko
Bu gün bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Zirə”ni qəbul edəcək. “Ağ-qaralar” 2026-da ilk oyuna qələbə ilə başlamaq istəyəcək. “Mavi qartallar”da ilə qələbə ilə başlamaq istəyəcək.
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edəcək. “Şirlər” bu oyunda növbəti üç xalını qazanmağa çalışacaq. “Qəbələ” isə 2026-cı ildə ilk oyununda ən azından məğlub olmamaq haqqında düşünəcək.
Gününü ikinci qarşılaşmasında Avropadakı fəxrimiz “Qarabağ” “Azərsun Arena”da qədim Gəncə təmsilçisi “Kəpəz”i qəbul edəcək. UEFA Çempiolar Liqasında möhtəşəm qələbə qazanan “köhlən atlar” bu oyunda rahat qələbə qazanmaq haqqında düşünəcək. Nizami yurdunun təmsilçisi Almaniya təmsilçisinə qalib gələn rəqibinə ən azından məğlub olmamaq haqqında düşünəcək.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Mehdi Hüseyinzadə adına Sumqayıt Şəhər Stadionun”da “Turan Tovuz”gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Həm “Boz qurd” həm də “kimyaçılar” ilə qələbə ilə başlmaq istəyəcəklər.
Günün və turun sonuncu qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Karvan-Yevlax”ı qəbul edəcək. “Bayquşlar” meydana üç xal üçün çıxacaq. Audsayder isə ilin ilk oyununda ən azı məğlub olmamaq haqqında düşünəcək.
