• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Siyasət

Milli Məclisin İnsan hüquqları komitəsində ilin ilk iclası keçirildi

23 Yanvar, 26 / 21:26
A A
Milli Məclisin İnsan hüquqları komitəsində ilin ilk iclası keçirildi

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar diləyib.

Nəzər.Media Trend-ə istinadən bildirir ki, gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl Zahid Oruc dünyada və regionda baş verən ictimai-siyasi proseslərə toxunub, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda keçirdiyi görüşlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin – 2025-ci ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülən işlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri, payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini, bu müddətdə 10 iclasının keçirildiyini, 11 məsələyə baxıldığını, o cümlədən 4 qanun layihəsinin Milli Məclisin müzakirəsinə tövsiyə edildiyini qeyd edib. Bildirilib ki, ötən sessiya ərzində komitəyə vətəndaşlardan ümumilikdə 328 müraciət daxil olub.

Daha sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Qeyd edilib ki, qarşıdan gələn sessiyada dezinformasiya və rəqəmsal suverenlik, həmçinin insan haqları mövzularına diqqət yetiriləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək.

Komitənin üzvləri Mircəlil Qasımlı, Azər Allahverənov, Mübariz Qurbanlı, Səyyad Aran, Hikmət Məmmədov, Bəhruz Məhərrəmov, Razi Nurullayev, Vüqar Rəhimzadə, Elman Nəsirov və Tural Gəncəliyev müzakirələrdə iştirak edərək məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Tədbirdə deputat Sevil Mikayılova və digər rəsmi şəxslər iştirak ediblər.

Previous Post

Dövlət Vergi Xidmətinin Baş İdarə rəisi işdən çıxarıldı

Next Post

“Yarıçılpaq qadın ərimin qarşısında oturdu”

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.