Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacaq.
“Fransa Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyinə sadiq qalaraq Fələstin dövlətini tanıyacaq. Bu barədə rəsmi bəyanatı sentyabrda BMT Baş Assambleyasında verəcəyəm”, – deyə Makron qeyd edib.
O, həmçinin vurğulayıb ki, hazırda ən vacib məsələ Qəzza zolağında müharibəyə son qoymaq və mülki əhaliyə təcili humanitar yardım göstərməkdir.
//milli.az
