• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

ACF məşqçilərin sertifikatlaşdırılması proqramını ardıcıl şəkildə davam etdirir

27 Yanvar, 26 / 17:43
A A
ACF məşqçilərin sertifikatlaşdırılması proqramını ardıcıl şəkildə davam etdirir

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdo məşqçilərinin peşəkar inkişafını təmin etmək, onların bilik və bacarıqlarını müasir standartlara uyğunlaşdırmaq məqsədilə məşqçilərin sertifikatlaşdırılması proqramını ardıcıl şəkildə davam etdirir.
Proqram çərçivəsində III səviyyə məşqçilik hazırlığını yekunlaşdırmış 30 məşqçinin praktik bacarıqlarının qiymətləndirilməsi mərhələsinə start verilib. Qiymətləndirmə prosesi məşqçilərin təkcə nəzəri biliklərini deyil, eyni zamanda real məşq şəraitində tətbiq etdikləri metodiki yanaşmaları, texniki-taktiki hazırlıq səviyyəsini və idarəetmə bacarıqlarını müəyyənləşdirməyə xidmət edir.
Praktik qiymətləndirməyə milli yığma komandaların performans direktoru Riçard Trautman rəhbərlik edir. Proses beynəlxalq təcrübəyə əsaslanan metodologiya ilə həyata keçirilir və məşqçilərin hazırlıq səviyyəsinin obyektiv şəkildə qiymətləndirilməsinə xüsusi diqqət yetirilir.
Sertifikatlaşdırma proqramının əsas məqsədi ölkədə məşqçilik institutunun gücləndirilməsi, məşqçilərin peşəkar inkişafına stimulların artırılması və nəticə etibarilə Azərbaycan cüdosunun davamlı uğurlarının təmin olunmasıdır.
Məşqçilərin sertifikatlaşdırılması ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən mütəxəssislər üçün də əlavə imkanlar yaradacaq, vahid metodiki sistemin formalaşmasına və cüdonun inkişafına mühüm töhfə verəcək.

Previous Post

70 yaşlı Əməkdar artist 17 sm-lik dikdabanı ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Next Post

Azər Nəsirov vəzifəsindən azad edildi

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.