• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Gündəm

ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində

30 Yanvar, 26 / 0:20
A A
ABŞ nümayəndə heyəti “ABAD” müəssisəsində

İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Quba rayonuna səfər çərçivəsində “ABAD Factory” İstehsalat Kompleksinin fəaliyyəti ilə tanış olub.

Qonağa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə məlumat verilib. Bu çərçivədə mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstək, ailə təsərrüfatlarının formalaşması, yerli istehsalın təşviqi, regionlarda məşğulluğun artırılması istiqamətində görülən işlərdən söz açılıb.

Qeyd olunub ki, istehsalat kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” kimi inşa edilib, uzun müddət istismar olunduqdan sonra yararsız vəziyyətə düşüb. 2018-ci ildə bina “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı təmir-bərpa işləri aparılaraq müasir avadanlıqlarla təchiz edilmiş istehsalat kompleksinə çevrilib.

Həmçinin vurğulanıb ki, “ABAD” publik hüquqi şəxs tərəfindən ailə təsərrüfatlarına istehsal, qablaşdırma, brendləşmə, marketinq, hüquqi yardım, mühasibatlıq və satış istiqamətləri üzrə kompleks dəstək xidmətləri göstərilir, milli məhsulların bazara çıxış imkanları genişləndirilir.

İstehsal prosesi və iş prinsipi ilə tanış olan Emi Karlo burada hazırlanan qida məhsullarından dadıb. O, ailə təsərrüfatlarının dəstəklənməsinə və yerli istehsalın inkişafına yönəlmiş “ABAD” modelinin əhəmiyyətini vurğulayıb və quruma gələcək fəaliyyətində uğurlar arzulayıb.

Previous Post

Avarçəkmə üzrə konsept trenajorda Federasiya Kuboku keçiriləcək

Next Post

Qadın güləşçilər yeni qaydalarla tanış olub

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.