
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün açılış matçında “Karvan-Yevlax” “Yevlax şəhər stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Yevlax təmsilçisi bu oyunda ən azından bir xal qazanmaq haqqında düşünəcək. “Kimyaçılar” isə matça üç xal üçün çıxacaq. Hakim Əli Əliyevin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri məlumdur:
“Karvan-Yevlax”ın start heyəti:
99. Pedro Mateuş(GK)
7. Araz Abdullayev (C)
6. Vadim Abdullayev
16. Rauf Rüstəmli
5. Emin Rüstəmov
20. Coy Sleyd Mikels
2. Şakil Sno
11. Kayl Spens
37. Mois Nqvisani
19. Tompson Qavi
4. Olavale Doyeni
“Karvan-Yevlax”ın ehtiyat oyunçuları:
1. Kamran İbrahimov(GK)
25. Əmrah Bulud(GK)
32. Elvin Yunuszadə
33. Eltun Turabov
42. İbrahim Qədirzadə
13. Vüsal Məsimov
14. Uğur Cahangirov
17. Samir Abdullayev
77. Əli Abdullayev
8. Peter Kings
10. Samuel Durrant
21. İmani Barker
“Karvan-Yevlax”ın baş məşqçisi: Füzuli Məmmədov
“Sumqayıt”ın start heyəti:
22. Xəyal Fərzullayev(GK)
8. Səbuhi Abdullazadə
9. Aleksandr Ramalinqom
10. Nikola Ninkoviç
72. Rayan Senhadji
33. Danilo Beskorovaynıy
23. Ronaldo Vaskez
80. Keffel Resende
95. Nsane Simon
11. Aleksa Yankoviç
25. Abdul Raşid Mumini
“Sumqayıt”ın ehtiyat oyunçuları:
1. Mehdi Cənnətov(GK)
12. Murad Ağamalıyev
3. Höccət Haqverdi
7. Rüstəm Əhmədzadə
24. Sənan Muradlı
64. Kənan Feyziyev
37. Nihad Orucəli
97. Vüsal Paşayev
19. Roi Kehat
71. Masaki Murata
“Sumqayıt”ın baş məşqçisi:Saşa İliç
Bu gün daha bir qarşılaşma baş tutacaq.
Günün ikinci qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. Keçən tur qələbəyə böyük hesablı qələbəyə sevinən “Qəbələ” bu dəfə doğma publika önündə qələbə qazanmaq istəyir. Keçən tur qələbəni əldən verən “İmişli” bu oyunda qələbə qazanmaq istəyir.
Turun digər görüşləri Şənbə və Bazar günü keçiriləcək. Şənbə günü iki qarşılaşma baş tutacaq.
Şənbə günü ilk olaraq “Yevlax şəhər stadionu”nda qədim Gəncə təmsilçisi “Kəpəz” “Şamaxı”nı qəbul edəcək. Keçən tur yol üstündə olan “Qarabağ”a qalib gələn Nizami yurdunun təmsilçiləri bu oyunda da qələbə qazanmaq istəyir. Keçən tur evdə darmadağın olan “Şamaxı” isə bu oyunda qələbə qazanmaq haqqında düşünəcək.
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Kompleksinin Stadionu”nda “Sabah”ı qəbul edəcək. “Mavi qartallar” doğma publika önündə bu tur ilk qələbələrini qazanmağa qazanmaq istəyəcək. “Bayquşlar”da liderliyini qorumaq üçün bu oyuna üç xal üçün çıxacaq.
Turun sonuncu görüşləri Bazar günü keçiriləcək. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Neftçi”ni qəbul edəcək. Keçən turda 1 xala qane olan hər iki komanda bu turda qələbə qazanmağa çalışacaq.
Günün və turun sonuncu oyununda “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Köhlən atlar meydana üç xal üçün çıxacaq. “Boz qurd” isə matçda ən azından məğlub olmamaq haqqında düşünəcək.
